...

Paytaxtda saxta bal aşkar olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2015 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında saxta bal aşkar olunaraq götürülüb. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən oktyabrın 10-dan Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Sərgi-satış yarmarkasında respublikanın əksər rayonlarından gəlmiş arıçılar iştirak edir, xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılıb.

Bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilib, bal məhsulu olan qablar bağlanaraq möhürlənib və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib.Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və yarmarkanın gedişinə daim nəzarət edilir.

İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların 21oktyabr 2015-ci il tarixdə yarmarkaya keçirilməsi faktı aşkar edilib.

İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti