...

AZAL loukost-reyslərdə oturacaq yerlərinin sayını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 12:07 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) loukost-reyslərdə oturacaq yerlərinin sayını artırmağı planlaşdırır.
AZAL loukost-reyslərdə oturacaq yerlərinin sayını artıracaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) loukost-reyslərdə oturacaq yerlərinin sayını artırmağı planlaşdırır. Bunu Trend-ə AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, reyslərin sayı yay mövsümünün başlamasına yaxın artırılacaq: "Biz təyarələri yenidən təchiz edəcəyik ki, onlar daha tutumlu olsun. Oturacaq yerlərinin sayının 160-dan 170-dək artırılması planlaşdırılır. Bu, yay mövsümündə həyata keçiriləcək. Həmin vaxt loukost-istiqamətlər üzrə, xüsusilə Antalyaya sərnişin axını artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti