Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkənin regionlarına uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sayının artırılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.
A.Məmmədovun sözlərinə görə, xarici şirkətlərin Azərbaycanın regionlarına uçuşların həyata keçirilməsinə cəlb edilməsi məsələsi hazırda AZAL üçün aktual məsələdir: "Son 2 ildə xarici ölkələrdən Azərbaycanın regionlarına uçuşların tezliyi xeyli artıb. Aviaşirkətləri məlumatlandırdıq ki, ölkənin regionlarına - Qəbələ, Lənkəran, Gəncəyə uçuşların həyata keçirilməsi üçün endirimlər təqdim etməyə hazırıq. Biz hətta qış mövsümündə mövcud reyslərin saxlanılması üçün onlara güzəştli şərtlər təqdim etmişik".