...

Oktyabr ayında 80 880 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2015 11:40 (UTC +04:00)
Oktyabr ayında 80 880 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Oktyabr ayında 80 880 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Oktyabr ayında 80 880 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. 2015-ci ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 880 müqavilə qeydiyyata alınıb.

İcbari Sığorta Bürosundan Trend-ə verilən məlumata görə, bunların 12 808-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil ediv. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 milyon manat təşkil edib.

2014-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 11% azalma müşahidə edilib.

2015-ci ilin 10 ayı ərzində 826 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. 2015-ci ilin yanvar-oktyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb. Bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil edib.

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.

2015-ci ilin oktyabr ayında Daşınmaz əmlakın icbari sığortası üzrə 5 268 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 2%-i inzibati binalar, 42%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 38%, sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.

Oktyabr ayında Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 18 750 manat, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 6 898 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti