...

İcbari Sığorta Bürosu Bürolar Şurasının maliyyə tələblərini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2015 12:31 (UTC +04:00)
Oktyabr 29-da İcbari Sığorta Bürosu tərəfindən Yaşıl Kart Sisteminin “Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri”nə əsasən müəyyən edilmiş 5.000.000 avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib və Bürolar Şurası tərəfindən qəbul olunub.
İcbari Sığorta Bürosu Bürolar Şurasının maliyyə tələblərini təmin edib

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Oktyabr 29-da İcbari Sığorta Bürosu tərəfindən Yaşıl Kart Sisteminin "Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri"nə əsasən müəyyən edilmiş 5.000.000 avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib və Bürolar Şurası tərəfindən qəbul olunub.

İcbari Sığorta Bürosundan Trend-ə verilən məlumata görə, hazırda İcbari Sığorta Bürosu ilə Yaşıl Kart sisteminə daxil olan digər üzv dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması mərhələsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti