Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sahəsində Strateji Araşdırmalar Departamenti təsis edib.
Assosiasiyanın İdarə Heyətinin sədri Samir Dübəndinin açıqlamasında qeyd edilir ki, bu gün ölkənin qeyri neft sektorunun inkişafına dövlət xüsusi diqqət yetirir, cənab Prezident İlham Əliyevin tövsiyyələrində qonaqpərvərlik, turizm və xidmət sahələrinin inkişafına istiqamətlənmiş bir sıra vacib məsələlərə toxunulub. Son illər ərzində neftin gəlirləri hesabına ölkədə geniş turizm infrastrukturu yaradılıb, bir sıra hotellər inşa ediliblər, elektrik, su, qaz layihələri həyata keçirilib, magistral yollar və hava limanları qurulublar. Bunlar turizmın inkişafı üçün geniş imkanlar yaradıblar.
Məhz bu şəraitdə sənayenin daha dərindən öyrənilməsinə, turizm texnologiyalarının araşdırılıb və onlardan uyğun olanların ölkədə tədbiqinə, yerli biznes qurumlarına işlərinin qurulmasında daha səmərəli üsullardan istifadə edilməsində yardımçı olmaqa, turizm və qonaqpərvərlik sənayesinin imkanlarını genişləndirmək məqsədilə statistik, elmi-təcrübi, beynəlxalq və bu kimi işlərin aparılmasına kəskin ehtiyyac yaranıbdır. Strateji Araşdırmalar Departamentinin yaradılması qeyd olunan fəaliyyətin realizə edilməsi məqsədilə təsis edilmişdir. Biz artıq bir sıra peşəkar praktiki və elmi işçilərin cəlb edilməsini başlamışıq. Onların təcrübəsindən istifadə etmək bizim üçün önəmlidir.
Eyni zamanda yaradılan təsisat yerli turizm və qonaqpərvərlik bazarında araşdırmalar apararaq, sənayenin zəif və güclü tərəflərinin ortaya çıxmasına çalışacaq ki, bunları bilmədikdən inkişafa doğru hərəkət etmək çətindir.
Qeyd edilib ki, turizm, qonaqpərvərlik və xidmət sahələrində bir sıra boşluqlar müşahidə edilirlər. Müəsissələrin qiymət siyasəti, vergilər, lisenziyalaşdırma, statistik rəqəmlər, peşəkar kadrların çatışmamazlığı, peşə təhsilinin zəifliyi və sair mövcud problemlər sənayenin inkişafına maneə olurlar. Strateji Araşdırmalar Departamenti qeyd olunan istiqamətlər üzrə müxtəlif sorğular, araşdırmalar, tədqiqatlar apararaq problemlərin həqiqi həlli yollarını ortaya çıxarmaqa çalışacaqdır.
Assosiasiya artıq bir sıra regionların turizm potensialının araşdırılması ilə məşqul olur, bu ərazilərin turizm statistikasına nəzər yetirir və yeni, müasir turizm texnologiyaların tədbiqi yollarını müəyyən etməyə çalışmaqdadır. Eyni zamanda Bakı şəhərinin qonaqpərvərlik infrastrukturu daha da dərindən təhlil edilir və yaxın gələcəkdə dövlət və özəl qurumlara müxtəlif tövsiyyəvi sənədlərin təqdim edilməsi nəzərdə tutulur.
"Biz bir sıra insanlardan bu və yaxud digər Nazirliklərin, idarələrin və qurumların ləng işləməsi haqqında müxtəlif fikirlər eşidirik, KİV-də tənqidi mülahizələr, məqalələr oxuyuruq. Bu sırada AR Mədəniyyət və Turizm Nazirliyinin də adı hallanır. Yalnız mənim fikrimcə bu fikirlər əsassızdırlar. Peşəkar kadrların çatışmamazlıqı, bəzi məmurların lageydliyi, səhv fikirlər, qeyri peşəkar yanaşmalar sözsüz ki var. Amma turizmın inkişafı bir Nazirliyin və yaxud bir şöbənin, bir qurumun işindən asılı deyil. Gərək biz bütün güvvələrimizi bir istiqamətdə və düzgün istifadə edək. Gərək hər birimiz məsuliyyətimizdə olan işləri layiqincə və düşünülmüş qaydada həyata keçirək. Kommunal xidmətlər, nəqliyyat şirkətləri, polis əməkdaşları, sərhəd-keçid məntəqələri, hotellər, restoranlar, əyləncə və ticarət mərkəzləri, turizm agentlikləri, içtimai qurumlar, turizm informasiya mərkəzləri, muzeylər, bələdçilər və hər ir vətəndaş hamılıqla turizmın inkişafına, zəngilləşməsinə öz töhfələrini gətirsinlər. Bütün işlər, layihələr, təşviqat və təbliğat tədbirləri düzgün uzlaşdırılmalı və koordinasiya olmalıdırlar" - Assosiasiyadan qeyd edilmişdir.
Hotellər və Restoranlar Assosiasiyası ölkənin qonaqpərvərlik və turizm sənayesinin inkişafı yolunda bütün imkanlarından və təcrübəsindən istifadə ededərək adı gedən sənayedə müasir, mədəni və səmərəli bazar münasibətlərinin təkmilləşməsinə çalışır və bu istiqamətdə gələcəkdə də əlindən gələni əsirgəməyəcəkdir.