...

Bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı dəqiqləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 20:12 (UTC +04:00)
Bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı dəqiqləşdi

Bakı. Trend:

29 dekabr 2015-ci il tarixində Bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Tədbir bankın baş ofisində, Xətai prospekti, 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar ümumı yığıncağının katibinin seçilməsi, Müşahidə Şurasının tərkibi haqqında məsələlər daxildir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti