...

Azərbaycan yük avtomobili istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2015 02:55 (UTC +04:00)
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 301 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 36,4 faiz üstələyir.
Azərbaycan yük avtomobili istehsalını artırıb

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 301 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 36,4 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 10 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 725 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 60,6 faiz azdır.

Cari ilin ilk 10 ayında ölkədə 896 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 17,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti