...

Yeni sərnişin gəmimiz suya buraxıldı (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 18:21 (UTC +04:00)
Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisi suya buraxılıb.
Yeni sərnişin gəmimiz suya buraxıldı (VİDEO)

Bakı. Trend:

Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisi suya buraxılıb.

Trend QSC-yə istinadən məlumat verir ki, "Üfüq" adı verilmiş sərnişin gəmisinin suya salınmasını unikal əməliyyat kimi də qiymətləndirmək olar. Stapeldə inşa olunmuş gəmi əvvəlcə ağır texnikanın köməyi ilə üzən doka gətirilib və kilbloklar üzərinə qoyulub. Sonra dok suya dalaraq, gəminin kilbloklardan qalxmasını və suyun üzündə qalmasını təmin edib. Uğurla keçən əməliyyat zamanı "Üfüq" gəmisi zavodun yedək gəmisinin yardımı ilə körpüyə yan alıb.

Bundan sonra yeni gəmidə tamamlama və avadanlığın quraşdırılması işləri aparılacaq. "Üfüq" körpüdə və dənizdə sınaqlardan keçərək, dekabrda sifarişçiyə təhvil veriləcək.

Xatırladaq ki, digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır. Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərimizlə müqayisədə 2 dəfə çoxdur.

Yeni gəmilər 10 tona qədər göyərtə yükü də götürə biləcəklər. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti