Tranzit yükdaşımalarının maksimal həddi müəyyənləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2015 14:59 (UTC +04:00)
Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
Tranzit yükdaşımalarının maksimal həddi müəyyənləşdi

Bakı. Trend:

Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Bildirilir ki, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib. Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir (Cədvəl əlavə olunur).

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.
Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.

Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.

Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Dübəndi - Böyük Kəsik

Xam neft

ton

12,00

2.

Ələt - Böyük Kəsik

ton

11,00

3.

Bakı - Böyük Kəsik

ton

11,50

4.

Səngəçal - Böyük Kəsik

ton

11,00

5.

Yalama - Böyük Kəsik

ton

15,20

6.

Qaradağ - Böyük Kəsik

ton

11,00

7.

Dübəndi - Böyük Kəsik

Mazut

ton

13,00

8.

Ələt - Böyük Kəsik

ton

12,00

9.

Bakı - Böyük Kəsik

ton

12,50

10.

Səngəçal - Böyük Kəsik

ton

12,00

11.

Yalama - Böyük Kəsik

ton

15,20

12.

Yalama - Dübəndi

ton

12,27

13.

Böyük Kəsik - Ələt

Reaktiv mühərrik yanacağı

ton

18,00

14.

Dübəndi - Böyük Kəsik

Digər neft məhsulları

ton

14,00

15.

Ələt - Böyük Kəsik

ton

13,00

16.

Bakı - Böyük Kəsik

ton

13,50

17.

Səngəçal - Böyük Kəsik

ton

13,00

18.

Yalama - Astara

ton

14,51

19.

Dübəndi - Astara

ton

10,61

20.

Ələt - Astara

ton

15,05

21.

Bakı - Astara

ton

10,12

22.

Yalama - Böyük Kəsik

ton

17,00

Məqalədə:

Xəbər lenti

Xəbər lenti