...

Almaniya azərbaycanlı sahibkarlara xarici bazarlara çıxmaqda kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 11:57 (UTC +04:00)
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında “İxraca Hazır Ol” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb
Almaniya azərbaycanlı sahibkarlara xarici bazarlara çıxmaqda kömək edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında "İxraca Hazır Ol" layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin ixrac sahəsində maarifləndirilməsi, onların nəzəri və praktiki biliklərinin artırılmasıdır.

Layihədə nəzərdə tutulmuş maarifləndirmə tədbirləri çərçivəsində, ixraca dair sertifikatlaşdırma, etiketləmə, gömrük prosedurları, bazar tədqiqatlarının aparılması və s. mövzuları əhatə edən yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili, məlumat mübadiləsi nəzərdə tutulur.

Layihənin reallaşdırılması kiçik sahibkarların ixrac sahəsində maarifləndirilməsi, xarici bazarlara çıxışının dəstəklənməsi və qeyri neft ixracının təşviqi baxımından əhəmiyyətli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti