...

Aviabiletlər bahalaşacaqmı? – AZAL-dan şərh

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2015 18:58 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici valyutada aviabiletlərin qiymətini dəyişməz saxlayacaq.
Aviabiletlər bahalaşacaqmı? – AZAL-dan şərh

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici valyutada aviabiletlərin qiymətini dəyişməz saxlayacaq. Bu barədə Trend-ə AZAL-dan bildiriblər.

AZAL-dan deyiblər ki, aviabiletlərin avro ekvivalentində qiyməti dəyişməz qalır, lakin Azərbaycanda bütün hesablaşmalar milli valyutada aparılmalı olduğu üçün biletlərin qiyməti IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən Azərbaycan Mərkəzi Bankının ödəniş günündə manatın avroya nisbətdə rəsmi məzənnəsi üzrə dərc edilir.

Qeyd edək ki, ölkənin daxilində aviadaşımalar üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir və hazırda qiymətlər dəyişməz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti