...

DSMF: Manatın məzənnəsinin dəyişməsi gələn il pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2015 14:46 (UTC +04:00)
Azərbaycanda manatın məzənnəsinin dəyişməsi 2016-cı ildə pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır.
DSMF: Manatın məzənnəsinin dəyişməsi gələn il pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır

Bakı. Trend:

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi 2016-cı ildə pensiya və müavinatların ödənişi ilə bağlı problem yaratmır. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Fondun bunun üçün kifayət qədər vəsaiti var.

E.Mehdiyev qeyd edib ki, hər il olduğu kimi gələn ildə də inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsinin və fərdi hesablarda toplanan pensiya kapitalının indeksləşdirilməsi aparılacaq

O əlavə edib ki, indeksləşdirmə 2015-ci ilin yekunları üzrə istehlak qiymətləri indeksi əsasında aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti