...

Azərbaycanda sahibkarlıq sahəsində islahatlar biznesi stimullaşdırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2016 19:21 (UTC +04:00)
Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə ləğv edilməsi, biznesin aparılması prosedurunun sadələşdirilməsi və lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi sahibkarlığa stimul verdi.
Azərbaycanda sahibkarlıq sahəsində islahatlar biznesi stimullaşdırdı

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə ləğv edilməsi, biznesin aparılması prosedurunun sadələşdirilməsi və lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi sahibkarlığı stimullaşdırdı. Bunu Trend-ə "Standart Plus" şərabçılıq şirkətinin icraçı direktoru İlkin Piriyev deyib.

O bildirib: "Biz yanvarın 12-dən Azərbaycanın ticarət şəbəkələrində spirtli içkilərin nağd satışı qadağasının ləğvi təşəbbüsünü də tam dəstəkləyirik. Təcrübə göstərdi ki, əhali bu yeniliyə hələ kifayət dərəcədə hazır deyil".

İ.Piriyev qeyd edib ki, bunu nəzərə alaraq bu sahənin sahibkarları dövlət başçısına müraciət etdilər: "Dərhal müvafiq göstəriş verildi və bu məsələ qısa müddət ərzində həll edildi. Buna görə öz minnətdarlğımızı bildiririk".

Onun sözlərinə görə, dünya maliyyə bazarlarında qeyri-sabitliyə baxmayaraq, "Standart Plus" şirkəti inkişaf tempini qoruya və gələcək biznes-strategiyasını formalaşdıra bildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti