...

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin icra vəziyyətini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 21:04 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Türkiyədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə C.Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizellə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri B.Yıldırım deyib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80%-i görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti