Bakı. Trend:
Azərbaycan hökuməti bu il Beynəlxalq Banka əlavə olaraq 600 milyon manat ayırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu, hökumətin ölkənin böyük bankına dəstəyini göstərir: "Kiçik bank sektoru hökumətə bu sektoru dəstəkləmək üçün imkan yaradır".
Qeyd edək ki, Beynəlxalq Bank 1992-ci ilin yanvarında təsis edilib.
Bankın əsas aksioneri Azərbaycan hökumətidir, hansı ki, aksiyaların 51,07 faizinə malikdir, digər aksiyalar isə fiziki və hüquqi şəxslərə məxsusdur.