...

BVF, Dünya Bankı və AİB Bakıda struktur islahatlarına dəstəyi müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 15:41 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan beynəlxalq maliyyə institutlarının nümayəndələrini qəbul edib.
BVF, Dünya Bankı və AİB Bakıda struktur islahatlarına dəstəyi müzakirə edirlər

Bakı. Trend:

Yanvarın 28-də Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiyanı qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə neft qiymətlərinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağrışlar, habelə BVF və digər qurumlar tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb.

Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda, əsasən, Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti