...

Ötən ay Azərbaycanda 45 Yaşıl Kart müqaviləsi bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2016 17:36 (UTC +04:00)
Bu ilin yanvar ayında Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyəyə səfər edən avtonəqliyyat vasitələri üçün 45 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanıb.
Ötən ay Azərbaycanda 45 Yaşıl Kart müqaviləsi bağlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bu ilin yanvar ayında Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyəyə səfər edən avtonəqliyyat vasitələri üçün 45 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanıb. Bu barədə Trend İcbari Sığorta Bürosuna istinadən məlumat verir.

Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 963 manat təşkil edib.

Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 17 ədədi minik, 13 ədədi yük, 12 ədədi qoşqu, 3 ədədi avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı isə 440 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti