...

“FINCA Azerbaijan” mükafat aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 10:05
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatını “Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat” nominasiyasının qalibi elan edib.
“FINCA Azerbaijan” mükafat aldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatını "Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat" nominasiyasının qalibi elan edib. "FINCA Azerbaijan"dan Trend-ə verilən məlumata görə, təşkilat müştəri sadiqliyinə nail olunması istiqamətindəki mövcud strategiyasına görə bu nominasiyada təltif edilib.

"AMFA Mükafatlandırma Proqramı" ənənəvi olaraq Təşkilatın İllik Təltif Şam Ziyafəti çərçivəsində baş tutur və bu mükafatlandırma layihəsi Azərbaycan Mikromaliyyə sahəsində xidmət göstərən və AMFA üzvü olan təşkilatların qabaqcıl təcrübələrinin tanınmasına imkan yaradır. AMFA-nın elan etdiyi nominasiyalar üzrə üzvlərin təqdim etdiyi sənədlər əsasında, beynəlxalq və yerli təşkilat nümayəndələrindən ibarət olan mükfatanlandırma komitəsi tərəfindən verilən qiymətləndirməyə əsasən maliyyə qurumları qalib elan olunurlar.

Bu dəfəki Mükafatlandırma 3 kateqoriya üzrə aparılmış və "Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat" kateqoriyasında "FINCA Azerbaijan" mükafata layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti