...

Londonda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 10:43 (UTC +04:00)
Fevralın 10-da Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.
Londonda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. Trend:

Fevralın 10-da Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iclaslarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.

Bu gün - fevralın 11-də isə Neft və Qaz üzrə işçi qrupunun iclası və Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək məqsədilə İqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir.

Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri isə bu ölkənin Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti