Bakı. Trend:
Hər hansı bir sığorta şirkətinin işinin mühüm göstəricisi onun sığorta ödənişləridir. 2015-ci il ərzində A- Qroup Sığorta Şirkəti sığortalılarının müalicəsinə 7 milyon AZN sərf edib.
2015-ci ildə iqtisadi böhranın təsirlərinə baxmayaraq, A-Qroup Sığorta Şirkəti tərəfindən yığılmış sığorta haqları 12 629 347.62 AZN təşkil edərək sığorta haqlarında artım nümayiş etdirib.
Artıq 20 ildir ki, A- Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətr göstərən şirkətdir.