...

Azərbaycan DSMF-nin 2016-cı il büdcəsinin gəlirlərini və xərclərini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2016 12:17 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün gəlirləri və xərclərini 7,4 faiz artırmaq planlaşdırılır.
Azərbaycan DSMF-nin 2016-cı il büdcəsinin gəlirlərini və xərclərini artırır

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün gəlirləri və xərclərini 7,4 faiz artırmaq planlaşdırılır. Bu, Fondun 2016-cı il büdcəsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, fondun gəlirləri və xərcləri 3 307,36 milyon manatadək (daha əvvəl 3 078,57 milyon manat təsdiq edilmişdi) artırılacaq.

Dövlət büdcəsindən DSMF-yə transfertləri 13,3 faiz - 1,1 milyarddan 1,246 milyard manatadək artırmaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti