...

Milli Məclis DSMF-nin büdcəsinə dəyişiklikləri qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 15:44 (UTC +04:00)
Milli Məclis bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün büdcəsinə dəyişiklikləri qəbul edib.
Milli Məclis DSMF-nin büdcəsinə dəyişiklikləri qəbul edib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün büdcəsinə dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, DSMF-nin sədri Elman Mehdiyev Fondun dürüstləşdirilmiş büdcəsini təqdim edərkən deyib ki, Fondun bu il üçün gəlirləri və xərclərini 7,4 faiz - 3 307,36 milyon manatadək (daha əvvəl təsdiq eilmiş 3 078,57 milyon manatdan) artırmaq planlaşdırılır.

Fondun gəlirləri dövlət sosial sığortasına ayrılmalar qismində 4,2 faiz - 2,054,99 milyon manatadək artırılacaq. Bununla belə, özəl sektordan ayrılmalar 22,54 milyon manat artaraq 1 294,74 milyon manat təşkil edəcək.

O, qeyd edib ki, dövlət büdcəsindən DSMF-yə transfertlər 13,3 faiz - 1,1 milyarddan 1,246 milyard manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti