...

"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 09:49 (UTC +04:00)
"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik olub.
"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik olub

Bakı. Trend:

"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik olub. Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, Direktorlar Şurasının sədri Elşad Əliyev işdən azad edillib. Onun postunu Kəramət Əliyev tutub.

Qeyd edək ki, yeni təyin edilmiş sədr isenziyası ləğv olunmuş "Texnikabank"ın Müşahidə Şurasının sədri Etibar Əliyevin oğludur.

Bundan başqa, Direktorlar Şurasının üzvləri olan Ayaz Gərayzadə və Elşad Kərimov də də işdən çıxarılıb. Şuranın yeni üzvləri Nicat Axundov və Saleh İmaməliyev olub.

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyevin müavini Zahir Salahov və İdarə Heyətinin üzvü Əli Qasımov da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti