...

Azərbaycanda yeni sənaye parkları yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 16:51 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatında sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir.
Azərbaycanda yeni sənaye parkları yaradılır

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatında sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir. Trend-in Yeni Azərbaycan Partiyasının saytına istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Mingəçevir Sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir.

Nazirin sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar, başa çatdırılıb və rezidentlər tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır.

Ş.Mustafayev bildirib ki, tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb. Onun sözlərinə görə, ilkin olaraq sənaye parkına 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Nazir vurğulayıb ki, Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda yeni istehsal sahəsi olan gəmiqayırma sahəsində işlər müasir texnologiyalar əsasında davam etdirilir: "Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti