...

Pensiyalar artımla birlikdə artıq təqaüdçülərin hesablarına köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 16:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidentinin sərəncamına əsasən, fevralın 1-dən artırılan pensiyalar artım hissəsi ilə birlikdə artıq təqaüdçülərin hesablarına köçürülüb.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə deyib.

Azərbaycanın pensiya sisteminin kifayət qədər maliyyə dayanaqlığına malik olduğunu vurğulayan Fond sədri əlavə edib ki, pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir: "Azərbaycanın pensiya sisteminin dayanıqlığı Azərbaycan iqtisadiyyatının dayanıqlığını ifadə edir. Çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslərin baş verdiyi fonda Azərbaycan iqsadiyyatı öz dayanıqlığını nümayiş etdirir və bunun nəticəsi kimi pensiya sistemi etibarlı şəkildə əhalinin sosial müdafiəsini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti