...

Azərbaycanda yeni pensiya sisteminin iştirakçıları 1971-ci ildən sonra doğulanlar olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 17:04 (UTC +04:00)
Azərbaycanda könüllü sosial sığortalanma hesabına yığım pensiya planları sisteminin iştirakçıları 1971-ci il yanvar 1-də və bu tarixdən sonra anadan olan kişilər, 1974-cü il yanvarın 1-də və bu tarixdən sonra doğulan qadınlar olacaq.
Azərbaycanda yeni pensiya sisteminin iştirakçıları 1971-ci ildən sonra doğulanlar olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda könüllü sosial sığortalanma hesabına yığım pensiya planları sisteminin iştirakçıları 1971-ci il yanvar 1-də və bu tarixdən sonra anadan olan kişilər, 1974-cü il yanvarın 1-də və bu tarixdən sonra doğulan qadınlar olacaq. Yəni bu sistemdən istifadə hüququ yalnız onlara veriləcək".

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev "Caspian European Club"un üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, əhalinin daha gənc təbəqəsinin bu sistemə qoşulması iqtisadi likvidlik baxımından vacib şərtdir: "Qeyd edilən tarixdə doğulanlar öz fəaliyyətlərini uzun müddət davam etdirməlidirlər ki, həm fərdi hesablarına müəyyən vəsait yığıla bilsin, həm də vəsaitlərini sığorta-maliyyə bazarına yerləşdirə bilsinlər. Əks halda, fərdi hesablardakı vəsaitlərin az olması idarəetmə xərcləri ilə disbalans təşkil edəcək. Bu baxımdan əhalinin daha gənc təbəqəsinin bu sistemə qoşulması iqtisadi likvidlik baxımından vacib şərtdir".

E.Mehdiyev əlavə edib ki, yığım pensiyalarında dövlət hər il apardığı indeksləşməni həyata keçirməyəcək.

DSMF sədri əlavə edib ki, dünyanın əksər ölkələrinin pensiya sistemində sığorta haqlarının ödənilməsində məcburi sistemdən könüllü sistemə qayıdış edirlər. Azərbaycan isə yığım sistemini könüllülük prinsipi əsasında həyata keçirilməsini hədəfə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti