...

SOCAR prezidenti Azərbaycan Prezidentinin hədiyyəsini Kvemo Kartli sakinlərinə çatdırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 19:25 (UTC +04:00)
Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub, qubernator Paata Xizanaşvili ilə görüş keçirib.
SOCAR prezidenti Azərbaycan Prezidentinin hədiyyəsini Kvemo Kartli sakinlərinə çatdırdı

Bakı. Trend:

Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub, qubernator Paata Xizanaşvili ilə görüş keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, şirkət rəhbəri ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri zamanı bölgə əhalisi ilə görüşdə kənd təsərrüfatının inkişafı və daha da genişləndirilməsi üçün bütün köməkliklər göstəriləcəyi haqqında fikirlərini xatırladaraq bildirib ki, bu gün Azərbaycan Prezidentinin hədiyyəsi olaraq yeni kənd təsərrüfatı texnikası Kvemo Kartli əhalisinin istifadəsinə vermək üçün təqdim edilir. SOCAR prezidenti Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib.

Görüşdə SOCAR və Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu da imzalanıb.

Daha sonra R.Abdullayev, şirkət rəhbərliyi təmsilçilərinin, Gürcüstanın elm va təhsil naziri Tamar Sanikidzenin, Kvemo Kartli bölgəsinin qubernatoru P.Xizanaşvilinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının, habelə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin iştirakı ilə Marneuli rayonunun Ləjbəddin kəndində orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Bildirilib ki, məktəbdə təmir işləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin həyata keçirdiyi xeyriyyə layihəsi çərçivəsində reallaşdırılıb. Əsaslı təmir işlərinə 2015-ci ilin iyun ayında başlanıb, dərs ilinin əvvəlinə - sentyabr ayına sona çatdırılıb. İki mərtəbəli, 19 sinif otağından ibarət məktəbdə kitabxana, müəllimlər otağı, direktor kabineti, informatika kabineti, bufet fəaliyyət göstərir. Hazırda məktəbdə 130 şagird təhsil alır.

Qeyd olunub ki, təmir zamanı məktəbin qızdırıcı, santexnika, elektrik, su təchizatı sistemləri yenidən qurulub. Məktəb bütün lazımi tədris inventarı ilə təchiz edilmiş, ərazidəki futbol meydançası, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə və Ləjbəddin kəndinin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun abidəsi rekonstruksiya olunub.

SOCAR rəhbərliyi əsaslı təmirdə iştirak edənlərə minnətdarlığını bildirib, məktəb kollektivinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti