...

Türk Şurasına üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 14:28 (UTC +04:00)
Martın 9-da Türkiyənin İstanbul şəhərində türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlətlərin nəqliyyat nazirlərinin 3-cü və Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupun 8-ci iclası keçirilir.
Türk Şurasına üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edir

Bakı. Trend:

Martın 9-da Türkiyənin İstanbul şəhərində türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlətlərin nəqliyyat nazirlərinin 3-cü və Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupun 8-ci iclası keçirilir.

Nəqliyyat Nazirliyinin məlumatına əsasən, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nəqliyyat dəhlizləri, mərkəzi dəhlizin inkişaf etdirilməsi üçün potensial çoxtərəfli əməkdaşlıq mexanizmi və imkanlarının müzakirəsi və bu istiqamətdə marşrut üzərində yerləşən ölkələr tərəfindən yerinə yetirilməsi tələb olunan zəruri və vacib tədbirlərin müəyyənləşdirilməsi, Bakı, Aktau və Samsun limanları arasında qardaşlaşmış limanlar prosesinin gedişatının müzakirəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulub.

Hər iki tədbirdə Azərbaycanı Nəqliyyat nazirinin müavini Musa Pənahov təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti