...

"FINCA Azerbaijan" kredit ödənişində çətinliyi olan müştərilərinə güzəştlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 13:33 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşaraq onlara daha rahat ödəniş imkanları təklif edir.
"FINCA Azerbaijan" kredit ödənişində çətinliyi olan müştərilərinə güzəştlər təklif edir

Bakı. Trend:

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşaraq onlara daha rahat ödəniş imkanları təklif edir.

Təşkilat müştərinin istəyinə uyğun olaraq hər iki valyutada olan kreditlərin ödəniş müddətini uzatmaq, dollar kreditlərini manata konvertasiya etmək, gözləmə muddəti və illik faiz endirimləri vermək və fərdi ehtiyaclara uyğun digər guzəştlər etməyi nəzərdə tutur.

"FINCA Azerbaijan"ın bu güzəşt təklifləri devalvasiyadan sonra yaranmış iqtisdadi mühitdə müştərilərə kredit öhdəliklərini zəifləmiş ödəniş qabiliyyətlərinə uyğun geri ödəməyə şərait yaratmaq və onlara müsbət kredit tarixçələrini qorumağa kömək etmək məqsədi daşıyır.

Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri FINCA filiallarına yaxınlaşaraq bu imkanlardan faydalana və real güzəştlərdən yararlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti