...

Muğanlı-İsmayıllı avtomobil yolu təmir olunur (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 16:24 (UTC +04:00)
40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.
Muğanlı-İsmayıllı avtomobil yolu təmir olunur (FOTO/VİDEO)

Bakı. Trend:

40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti