...

"Fitch" Azərbaycanda ÜDM-in artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2016 16:13 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,5 faiz səviyyəsində artacağını gözləyir.
"Fitch" Azərbaycanda ÜDM-in artacağını proqnozlaşdırır

Bakı. Ənvər Məmmədov - Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,5 faiz səviyyəsində artacağını gözləyir. Trend-in məlumatına görə, bunu Bakıda agentliyin ölkələr üzrə baş direktoru Pol Qembl Azərbaycan üzrə beşinci illik görüşdə deyib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycan ÜDM-nin artım tempi getdikcə yüksələcək və bir neçə il ərzində 4 faizə çatacaq.

P.Qembl bildirib ki, agentliyin proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiya 11 faiz təşkil edəcək, lakin 2017-ci ildə 7 faizədək azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti