...

SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 13:08 (UTC +04:00)
SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb.
SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb

Bakı. Trend:

SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb.

Əməkdaşlığın məqsədi - "Kasperski Laboratoriyası"nın texnologiyaları vasitəsilə əldə edilən məlumatlardan faydalanaraq SAP-ın korporasiya həllərinin effektivliyini artırmaqdır.

Əməkdaşlığın ilk mərhələsində sənaye müəssisələrinin idarə olunması üçün SAP həllərinə yeni imkanlar əlavə ediləcək.

Monitorinq və iqtisadi təhlükəsizliyin təmin olunması sisteminə SAP tərəfindən hazırlanmış və şirkətlərdə fəaliyyət göstərən xüsusi plaqin yerləşdiriləcək.

Eyni zamanda, mühüm infrastrukturun müdafiəsi üçün yaradılmış "Kaspersky Industrial CyberSecurity" xüsusi yığım platforması sənaye obyektlərindən məlumat almağa imkan yaradacaq. Daha sonra SAP mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəcək və gələcəkdə təhlilin köməyi ilə öz həllərinə istehsalatın effektivliyini artıracaq dəyişikliklər edə biləcəklər.

Sözügedən əməkdaşlıq çərçivəsində şirkətlər SAP həllərinin və "Kasperski Laboratoriyası"nın məhsullarının gələcəkdə daha sıx inteqrasiya imkanlarını nəzərdən keçirəcəklər.

Bundan başqa, şirkətlər birgə ictimai marketinq üzrə tədbir və seminarlar keçirməyi, həmçinin cari və potensial SAP əməkdaşları və müştərilərinə məhsulların yeni imkanlarını nümayiş etmək üçün demo-stend hazırlamağı planlaşdırır.

"SAP və "Kasperski Laboratoriyası" arasında əməkdaşlıq müştərilərimizin iqtisadi və informasiya təhlükəsizliyinin səviyyəsinin artması istiqamətində atılan yeni bir addımdır. Əminəm ki, bu qarşılıqlı əlaqə şirkətlərə SAP-ın bulud texnologiyaları və infrastrukturundan istənilən səviyyədə daha fəal istifadə etməyə imkan yaradacaq - biznes tələblərinə və qlobal təcrübəyə tam cavab verən məlumat mərkəzlərindən tutmuş bulud platformaları və biznes tətbiqlərədək", - deyə SAP MDB-nin icraçı direktoru Nataliya Parmenova qeyd edib.

"Daha bir istiqamətin inkişafında - İnternet əşyalarının sənaye sahəsində etibarlı şəkildə müdafiə olunmuş həllərin hazırlanmasında - SAP şirkətinə yardım etməyi planlaşdırırıq. Hazırda sözügedən texnologiyalar inkişafın növbəti mərhələsinə keçib və indi biznesin iqtisadi effektivliyini artırmaq imkanı yaradan yeni tipli məlumatların monitorinqini aparmaq fürsətimiz var. İnanıram ki, dünyada tanınmış iki şirkətin bilik və təcrübəsi biznes sahəsində cari və yeni texnologiyaların təhlükəsizliyinin artmasına əhəmiyyətli töhfə verməyə kömək edəcək", - deyə "Kasperski Laboratoriyası"nın Perspektiv texnologiyalarının idarə olunması departamentinin rəhbəri Andrey Duxvalov bildirib.

SAP haqqında:
Korporasiya tətbiqləri bazarında dünya liderlərindən biri sayılan SAP şirkəti hər ölçüyə və ixtisaslaşmaya aid təşkilatlara daha effektiv şəkildə bizneslərini idarə etmək imkanı yaradır. Köməkçi xidmətlər yaxud şirkətin İdarə Heyəti, anbar yaxud mağazalar, masaüstü və ya mobil tətbiqlərdən asılı olmayaraq SAP həlləri ümumi şirkətin və ayrı-ayrı əməkdaşların qarşılıqlı əlaqəsinin effektivliyini artırmağa, biznes sahəsini dərindən anlamağa və rəqabət üstünlüyü yaratmağa kömək edir. Hazırda 296 100-dən çox müştəri ("SuccessFactors" müştəriləri daxil) SAP-ın həllərindən və xidmətlərindən istifadə edir, çünki şirkətin qabaqcıl texnologiyaları yüksək gəlirliliyi təmin edir, fasiləsiz uyğunlaşmaya və davamlı inkişafa imkan yaradır. Daha ətraflı məlumat üçün: www.sap.com və www.sap.ru.

"Kasperski Laboratoriyası" haqqında:
"Kasperski Laboratoriyası" 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. "Kasperski Laboratoriyası"nın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. "Kasperski Laboratoriyası"nın texnologiyaları 400 milyon istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti