Bakı. Azad Həsənli - Trend:
Fərid Abuşov "Dəmirbank" ASC-nin İdarə heyətinin sədri təyin edilib.
Trend-in məlumatına görə, bundan əvvəl F.Abuşov bankın İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, F.Abuşov 2007-ci ildən "Dəmirbank"da fəaliyyət göstərir.
O bu postda 1994-cü ildən bu vəzifədə çalışan Roman Əmircanovu əvəzləyib.
Trend-in əldə etdiyi məlumata görə, R.Əmircanov bankda fəaliyyətini Müşahidə Şurasının tərkibində davam etdirəcək.