...

Bakıda "Sənaye məhsullarının keyfiyyət standartları" mövzusunda təlim kursları keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2016 16:53 (UTC +04:00)
Aprelin 27-də Bakıda İqtisadiyyat Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursunun keçirilməsinə başlanıb.
Bakıda "Sənaye məhsullarının keyfiyyət standartları" mövzusunda təlim kursları keçirilir

Bakı. Trend:

Aprelin 27-də Bakıda İqtisadiyyat Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində "Sənaye məhsullarının keyfiyyət standartları" mövzusunda təlim kursunun keçirilməsinə başlanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimdə qida, mebel, yüngül, tikinti və s. sahələrdə fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak ediblər.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq həyata keçirilən layihənin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.

Təlim kursunda rəqabətqabiliyyətliyin yüksəldilməsində keyfiyyətin rolu, keyfiyyət standartları, Keyfiyyət İdarəetmə Sisteminin prinsipləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Təlim kurslarının mayın 14-dək keçirilməsi nəzərdə tutulur.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti