...

"AmCham", "PwC" və "SOCAR CNG" nümayəndələri arasında görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2016 12:41 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") “PwC” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə “Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq” beynəlxalq konfransı çərçivəsində kokteyl tədbiri təşkil edib.
"AmCham", "PwC" və "SOCAR CNG" nümayəndələri arasında görüş keçirilib

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") "PwC" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" beynəlxalq konfransı çərçivəsində kokteyl tədbiri təşkil edib.

Öz açılış nitqində Azərbaycanda "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova qonaqlara və sponsorlara "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfransın təşkilinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

"PwC"nin Məsləhət Departamentinin direktoru Nazim Hacıyev çıxışı zamanı innovativ biznes strukturları barədə danışaraq ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid, ətraf mühitin təmizlənməsi üzrə qanunvericilik və onun tələblərinə əməl edilməsi, ekoloji cəhətdən təmiz metodlarla əldə olunan enerjinin təşviqi məsələlərinin biznes üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Tədbir zamanı "SOCAR CNG" MMC-nin baş direktoru Elnur Mustafayev isə "Alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qaz" mövzusunda təqdimat ilə çıxış edib.

SOCAR-ın nümayəndəsi təqdimat zamanı "SOCAR CNG"nin fəaliyyəti haqqında məlumat verərək sıxılmış təbii qaz məhsulunun başlıca üstünlükləri və istehsal prosesində əldə olunmuş nailiyyətlər, SOCAR-ın bu mövzuda əsas öhdəlikləri barədə danışıb.

Eyni zamanda, Elnur Mustafayev şirkətin gördüyü işlər və gələcək illər üçün planlarla bağlı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti