...

Nazir müavini: Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı artacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 16:07 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı yaxın vaxtlarda artacaq.
Nazir müavini: Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı artacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:17-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı yaxın vaxtlarda artacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov parkın yeni rezidentinin (MST Engineering) təqdimatında deyib.

Onun sözlərinə görə, parka rezidentlərin cəlb edilməsi üzrə işlər davam edir və yaxın vaxtlarda daha bir neçə şirkətə rezident statusu veriləcək.

N.Səfərov qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması layihəsi üzrə işlər ilin sonuna başa çatdırılacaq: "Birinci mərhələdə 167 hektardan artıq ərazidə infrastrukturun yaradılması üzrə işləri praktiki olaraq başa çatdırmışıq. İşlər 2016-cı ilin sonunadək tam başa çatacaq. Hazırda "SOCAR Polymer" zavodunun tikintisi aparılır. Zavod layihənin ikinci mərhələsinin ən iri hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti