Bakı. Ənvər Məmmədov - Trend:
Gürcüstanla sərhəddəki "Sadıxlı" nəzarət buraxılış məntəqəsini gələcəkdə modernləşdirmək üçün Azərbaycana Aİ və BMT-nin dəstəyi lazımdır.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda Azərbaycan və Gürcüstan arasında "Qırmızı körpü" nəzarət buraxılış məntəqəsinin inkişafına dəstək layihəsinə həsr edilmiş konfransda deyib.
O bildirib: ""Sadıxlı" nəzarət buraxılış məntəqəsini beynəlxalq yükdaşımalar üçün dəhlizə çevirmək üçün bizə dəstək lazımdır".