...

DGK: Bu ilin I rübü ərzində dövlət büdcəsinə 277 mln. 370 min manat köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 11:05 (UTC +04:00)
2016-cı ilin birinci rübü ərzində xarci ticarətin gömrük statistikasına daxil olan malların dövriyyəsinin statistik dəyəri 1295870 ABŞ dollarına çatıb, idxal olunan malların ümimi çəkisi 855657 min ton olub.
DGK: Bu ilin I rübü ərzində dövlət büdcəsinə 277 mln. 370 min manat köçürülüb

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı ilin birinci rübü ərzində xarci ticarətin gömrük statistikasına daxil olan malların dövriyyəsinin statistik dəyəri 1295870 ABŞ dollarına çatıb, idxal olunan malların ümimi çəkisi 855657 min ton olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Cari ilin birinci rübü ərzində Bakı Baş Gömrük İdarəsinin xəttilə dövlət büdcəsinə 277 milyon 370 min manat vəsait köçürülüb ki, bu da keçən ilin birinci rübünə nisbətən 1,5 faiz artıqdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2016-cı ilin yanvar-mart ayları ərzində 585 hüquq pozma faktı aşkar edilib. Bu faktların 25-i cinayət xarakterli olmaqla, tutulmuş əşyaların və digər cinayət predmetlərinin dəyəri 9205 manat təşkil edib.

2016-cı ilin 3 ayı ərzində 560 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 28 hüquqi, 532 fiziki şəxs (o cümlədən 386 xarici) inzibati məsuliyyətə cəlb olunub.

2016-cı ilin 3 ayı ərzində inzibati hüquqpozma predmeti kimi 4 ədəd soyuq silah, 12 ədəd elektroşoker, 30 həbb psixotrop maddə, 3 ədəd pnevmatik silah və ov silahının sursat və ləvazimatı aşkar edilərək barələrində müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti