...

Füzulidə Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2016 15:46 (UTC +04:00)
Füzuli rayonunda Statistika İdarəsi üçün yeni inşa edilmiş müasir inzibati bina istifadəyə verilib.
Füzulidə Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub (FOTO)

Bakı. Trend:

Füzuli rayonunda Statistika İdarəsi üçün yeni inşa edilmiş müasir inzibati bina istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Füzuli rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilir ki, Füzuli Rayon Statistika İdarəsinin 394 kv.metr sahəsi olan iki mərtəbəli inzibati binası müasir tələblərə cavab verir, kompyuter texnikası, mebel və zəruri avadanlıqlarla təmin edilib. Açılış mərasimində Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, son illərdə ölkədə rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət Proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 28 rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib.

Sonra tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti