...

Bakının daha bir küçəsi yeni görkəmdə (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 15:43 (UTC +04:00)
Bakıda uzunluğu 1 km, ortalama eni isə 15 m olan Sadıqcan küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.
Bakının daha bir küçəsi yeni görkəmdə (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda uzunluğu 1 km, ortalama eni isə 15 m olan Sadıqcan küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, əvvəllər yolun hərəkət hissəsi sıradan çıxdığı üçün avtonəqlyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Üstəlik, vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də demək olar ki, yox vəziyyətində idi. Təmirdən sonra bu problemlər tam olaraq aradan qaldırılıb.

ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə küçənin 15 min kv.m sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.

Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti