...

Azərbaycanda sənaye məhsullarının qiymətləri cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 17:24 (UTC +04:00)
2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4 faiz, emal sənayesi üzrə 8,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.
Azərbaycanda sənaye məhsullarının qiymətləri cüzi artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4 faiz, emal sənayesi üzrə 8,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Trend-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin aprel ayında mart ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz, emal sənayesi üzrə 1,6 faiz bahalaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, metal filizlərinin hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşmışdır.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 21,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 13,4 faiz, geyim istehsalı üzrə 5,3 faiz, kimya sənayesi üzrə 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6 faiz, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, mebel istehsalı üzrə 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşıb, içki istehsalı üzrə 2,2 faiz, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, kompyuter və digər elektrik avadanlıqların istehsalı, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti