...

Niderland Azərbaycana 900 milyon dollar sərmayə qoyub (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 11:28 (UTC +04:00)
Niderlandın Azərbaycana qoyduğu sərmayələrin ümumi həcmi 900 milyon dollar təşkil edir.
Niderland Azərbaycana 900 milyon dollar sərmayə qoyub  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:28-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Niderlandın Azərbaycana qoyduğu sərmayələrin ümumi həcmi 900 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bunu Bakıda iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-Niderland biznes forumunda deyib.

Onun sözlərinə görə, sərmayələrin ümumi həcminin üçdə birindən çoxu Azərbaycan iqtisadiyyatına son 3 il ərzində qoyulub: "Son 3 il ərzində Niderland Azərbaycana 340 milyon dollar sərmayə qoyub. Ümumilikdə Niderland Azərbaycana sərmayələrin həcmi üzrə dördüncü yeri tutur".

S.Babayev qeyd edib ki, Niderland şirkətləri son illər Azərbaycanda 180 milyon dollar məbləğində müqavilələr imzalayıblar.

Niderland Senatının (parlamentin yuxarı palatası) üzvü Rene van der Linden deyib ki, ölkəsi Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə kömək edə bilər: "Bunun üçün ölkərəmizin şirkətləri arasında əlaqələri inkişaf etdirmək lazımdır. Hazırda bu əlaqələr uzun müddətli deyil, lakin gələcəkdə əlaqələr möhkəm və uzun müddətli ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti