...

Malena Mard: Avropa şirkətləri Azərbaycana sərmayə qoymaq istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 14:23 (UTC +04:00)
Avropa şirkətləri Azərbaycanda aktiv işləmək və bu ölkəyə sərmayə qoymaq istəyirlər.
Malena Mard: Avropa şirkətləri Azərbaycana sərmayə qoymaq istəyirlər

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa şirkətləri Azərbaycanda aktiv işləmək və bu ölkəyə sərmayə qoymaq istəyirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard II Azərbaycan-Aİ biznes forumu çərçivəsində deyib.

O bildirib: "Biz Azərbaycanla energetika sahəsində fəal iştirak edirik, lakin bizim digər sahələrdə də əməkdaşlığı genişləndirmək üçün imkanlarımız var".

M.Mard qeyd edib ki, Aİ qanunvericiliyin və hökumətin fəaliyyətinin təkmilləşdirilməsi məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti