...

MDB-də dəmir yolları vasitəsi ilə sərnişin daşınmaları kəskin azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 14:07 (UTC +04:00)
MDB və Baltikyanı ölkələrin dəmir yolları beynəlxalq istiqamətlərdə sərnişinlərini itirirlər.
MDB-də dəmir yolları vasitəsi ilə sərnişin daşınmaları kəskin azalır

Bakı. Elçin Hüseynov - Trend:

MDB və Baltikyanı ölkələrin dəmir yolları beynəlxalq istiqamətlərdə sərnişinlərini itirirlər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının sədri Pyotr Kuçerenko bəyan edib.

O deyib ki, sərnişinlər qatarların əvəzinə təyyarələri seçirlər və ildən-ilə bu vəziyyət daha da pisləşir. Son üç il ərzində regionun dənir yolları 41,1 milyon sərnişin itirib. 2012-ci ildə 61,6 milyon sərnişin dəmir yollarından istifadə edibsə, 2015-ci ildə - 20,5 milyon. Sərnişin daşınması Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Latviya, Estoniya və Litvada 78 % azalıb.

P.Kuçerenko bunun əsas səbəbi kimi gediş haqlarının yüksək və təyyarələrdən istifadənin daha əlverişli və ucuz olmasını deyir. Dəmir yolları administrasiyaları tərəfindən bəzi endirim kampaniyalarının keçirilməsinə baxmayaraq, bu addımlar lazımı nəticələr verməyib.

P.Kuçerenko hesab edir ki, sərnişinlərin dəmir yollarından istifadəsinə qaytarmağın yeganə yolu daşınma haqlarının azaldılması ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti