...

Özünü saxta müflis elan edən sahibkarın cəriməsi ağırlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2016 11:12
İyunun 1-dən Azərbaycanda özünü saxta yolla müflis elan edən sahibkarlara qarşı cəza sərtləşdirilir.
Özünü saxta müflis elan edən sahibkarın cəriməsi ağırlaşdırılacaq

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

İyunun 1-dən Azərbaycanda özünü saxta yolla müflis elan edən sahibkarlara qarşı cəza sərtləşdirilir. Trend-in məlumatına Bu barədə Prezident İlham Əliyevin təstiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksinin tapıb. Yeni dəyişikliyə görə, Cinayət Məcəlləsinin 212.1-ci(saxta müflisləşmə) maddəsində saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 212.2-ci maddəsinə edilən dəyişikliyə görə isə eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti