...

Nazir müavini: Azərbaycanın Aİ ölkələri ilə əmtəə dövriyyəsinin artım dinamikası bu il də qorunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2016 12:53
Avropa İittifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Nazir müavini: Azərbaycanın Aİ ölkələri ilə əmtəə dövriyyəsinin artım dinamikası bu il də qorunub

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İittifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda institusional inşaat proqramına dəstəyə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın Aİ ölkələri ilə əmtəə dövriyyəsi 9,7 milyard dollar təşkil edib: "Bu müsbət tendensiya cari ildə də qorunub. 2015-cı ilin əvvəlindən bu göstərici 2 milyard dollara çatıb".

Nazir müavini əlavə edib ki, son 10 ildə Aİ ölkələrinin Azərbaycanda əsas kapitala qoyduğu investisiyaların həcmi ölkənin əsas kapitalına qoyulmuş bütün investisiyaların 45,6 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti