...

Bakıa aktiv "Uber" istifadəçilərinin sayı 60 min nəfəri ötür (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2016 12:06 (UTC +04:00)
Bakıda aktiv "Uber" istifadəçilərinin sayı 60 min nəfəri ötür.
Bakıa aktiv "Uber" istifadəçilərinin sayı 60 min nəfəri ötür (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:06-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda aktiv "Uber" istifadəçilərinin sayı 60 min nəfəri ötür. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən brifinqdə "Uber"in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax deyib.

Onun sözlərinə görə, bazara çıxmasından etibarən Bakıda yarım milyon nəfər "Uber" əlavəsini açıb: "Onlar ya Bakıda daimi əsasda yaşayır, ya da istirahətə və ya işlə əlaqədar bura gələnlərdir. Bu demək olar şəhərin hər dörd sakinindən biridir".

A.Stax qeyd edib ki, bu istifadəçilər arasında 40 ölkənin vətəndaşı var, onların sırasında Rusiya, Böyük Britaniya, ABŞ, BƏƏ, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa və digərlər də var.

O əlavə edib ki, şirkət il ərzində avtomobilin verilməsinin orta hesabla müddətini iki dəfə azalda bilib - 9 dəqiqədən 4,19 dəqiqəyədək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti