...

Azərbaycan "Deloitte" MDB-nin Direktorlar Şurasına üzv seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 15:55 (UTC +04:00)
"Deloitte" şirkəti Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimovun "Deloitte" MDB-nin Direktorlar Şurasına üzv seçildiyini bildirib.
Azərbaycan "Deloitte" MDB-nin Direktorlar Şurasına üzv seçilib

Bakı. Trend:

"Deloitte" şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov "Deloitte" MDB-nin Direktorlar Şurasına üzv seçilib

Şirkətdən Trend-ə verilən məlumata görə, şuranın digər üzvləri ilə bərabər, N.Kərimov yeni öhdəliklərini yerinə yetirərkən şirkətin strategiyası, risklərin təsir dərəcəsinin azaldılması və işçilərin inkişafı kimi sahələr daxil olmaqla əsas məsələlərlə bağlı idarəetmə və nəzarət, eləcə də istiqamətləndirmə sahələrinə cavabdeh olacaq.

N.Kərimov "Deloitte Azərbaycan"ın idarəedici partnyoru kimi öz vəzifələrinin icrasına davam edəcək. O, Deloitte-da fəaliyyətinə 2003-cü ildən başlayıb və Deloitte-in Azərbaycan üzrə vergi təcrübəsinin yaradılmasında iştirak edərək peşəkar karyerasının əsas dövrünü yerli və beynəlxalq vergitutma sahəsinə sərf edib. 2008-ci ildə partnyor təyin edilib.

"Deloitte" MDB-nin baş icraçı direktoru İan Koulbourn N.Kərimovun yeni vəzifəsindən bəhs edərkən bildirib: "Onun partnyorlar tərəfindən tanınması Deloitte MDB-nin Bakı ofisinin rolunun artmasına və Azərbaycan bazarının Deloitte üçün əhəmiyyətli olmasına işarədir".

N.Kərimov bildirib: "Deloitte MDB-nin Direktorlar Şurasına üzvü olmaq böyük fəxr və məsuliyyətdir. Bu, Azərbaycanın Deloitte şəbəkəsi üçün əhəmiyyətini bir daha sübut edir".

Deloitte-in Bakı ofisi 2002-ci ildən fəaliyyət göstərir. Deloitte Azərbaycan ölkədəki müxtəlif müəssisələrə, maliyyə təşkilatlarına, dövlət və kommersiya təşkilatlarına mühasibat uçotu, audit, konsaltinq, vergi və hüquq sahəsində peşəkar xidmətlər göstərən aparıcı şirkətlərdəndir. Deloitte etibarlı və sadiq tərəfdaş kimi nüfuz qazanmışdır və onun məqsədi müştəriləri kompleks, inteqrasiya olunmuş həllər və xüsusi biliklər ilə təmin etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti