...

"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2016 12:17 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

OIL

Son bir həftədir neft qiymətləri proqnozlaşdırıldığı kimi 51$-a kimi bahalaşıb və InvestAZ analitiklərinin fikrincə, qiymətlər əlavə olaraq, 52$ dollara kimi bahalaşa bilər. Hətta 52$ üzərində möhkəmlənən qiymətinin artım trendinin 60$-a kimi davam edəcəyi aktual proqnozdur. Əks təqdirdə, yəni Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın altında qalarsa, qiymətin qismən, 45$-a kimi ucuzlaşması ehtimalı var.

GOLD

Qızılın bir unsiya qiyməti may ayının əvvəlindən gözlənildiyi kimi 1300$-dan 1205$-a kimi ucuzlaşdı. Lakin analitiklərin növbəti proqnozlarına görə, qiymətin yenidən 1205$-dan 1260$-a kimi bahalaşacağının şahidi ola bilərik.

EUR

Avro ilin əvvəlindən etibarən 8%-dən çox bahalaşsa da, dolların may ayının əvvəlindən etibarən dünya valyuta birjalarında güclənməsi avronun qiymətininin ucuzlaşmasına təsir etmişdir. InvestAZ analitikləri EUR/USD cütlüyü üzrə qiymətin 1.16$-dan ucuz təklif edildiyini əsas gətirərək, qiymətin 1.09$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

GBP

Böyük Britaniya maliyyə bazarlarında isə funtun qiyməti yenidən ucuzlaşmağa başlayıb. Buna səbəb isə Böyük Britaniyanın AB-də qalmasının tərəfdarlarının azalmasıdır. GBP/USD cütlüyü üzrə qiymət 1.48 dollar altında qaldıqca, 1.43 və 1.41 dollara kimi ucuzlaşa bilər.

TRY

Türkiyə Mərkəzi Bankının, bazarların gözləntilərinə uyğun olaraq, faiz dərəcələrində yumşaltma qərarından sonra türk lirəsi bahalaşsa da, dolların da dünya birjalarında bahalaşması, lirənin bahalaşmasının qarşısını aldı. InvestAZ analitiklərinin fikrincə, USD/TRY cütlüyü üzrə qiymət 2.94 səviyyəsi üzərində möhkəmlənərsə, 2.97-ə kimi bahalaşa, 2.94 lirədən ucuz təklif edilən qiymət isə 2.90 lirəyə kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti